“Onlar ölkəni Qərb pulu, silah və sursat üçün “qara dəliyə” çevirərək ABŞ, Aİ və NATO-nu gülüş obyektinə çeviriblər”
Alman əsilli fin biznesmeni və ən böyük fayl hostinq xidməti “Megaupload”un keçmiş sahibi Kim Dotkom “X” sosial şəbəkəsində Avropa İttifaqını (Aİ) və ABŞ-ı Ukraynaya faydasız yardıma görə qınayıb.
AYNA xəbər verir ki, Dotkom hesablayıb ki, 2022-ci ilin yanvar ayından Qərb ölkələri Ukraynaya təxminən 250 milyard avro köçürüb.
Biznesmen qeyd edib ki, gələcəkdə Kiyev daha 120 milyard almalıdır.
“Rusiya hər an Ukraynanı darmadağın edə bilər. Bununla belə, onlar ölkəni Qərb pulu, silah və sursat üçün “qara dəliyə” çevirərək ABŞ, Aİ və NATO-nu gülüş obyektinə çeviriblər”, – Dotkom vurğulayıb.