Ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb

Xəbərlər

21.08.2020 - 15:41

cedabet dərman SEO Xidməti

Hərarəti yüksək olan bir nəfər imtahana buraxılmayıb

 

I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın iki həftə ərzində elan olunması nəzərdə tutulur.

 

İlkin məlumatlara əsasən bir nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Üç nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunublar.

 

Avqustun 22-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş