Məleykə Abbaszadə: “Yəqin ki, bu, sentyabrın 5-6-sı olacaq”
“Avqustun 30-da ixtisas seçimi başa çatacaq, 3-4 gün ərzində yoxlamalar bitəndən sonra ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunacaq”.
AYNA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib.
O bildirib ki, sonra boş qalan yerlərə və kolleclərə ixtisas seçimi elan olunacaq: “Yəqin ki, bu, sentyabrın 5-6-sı olacaq”.