Ali məktəblərə sənəd qəbulu başlayır - <font color=red> RƏSMİ</font>

Cəmiyyət

11.05.2020 - 12:21

Həkimlər Klinikalar SEO Xidməti

Abituriyentlərin sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq

 

Sabahdan ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlayır. Dövlət İmtahan Mərkəzindən AYNA-ya verilən məlumata görə, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq.

 

Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala ilə aparılacaq.

 

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

 

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş