Alen Simonyan Bakıya gəlməyə hazırdır

Xəbərlər

26.11.2025 - 14:43

“Azərbaycana səfərlə bağlı təklif olacağı təqdirdə, onu nəzərdən keçirə bilərəm”

Ermənistan Parlamentinin sədri Alen Simonyan əlverişli anda Bakıya səfər etməyə hazır olduğunu bəyan edib.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Simonyan jurnalistlərə açıqlamasında deyib ki, azərbaycanlı həmkarı Sahibə Qafarovanı İrəvana dəvət etməyə hazırlaşır.

“Azərbaycana səfərlə bağlı təklif olacağı təqdirdə, onu nəzərdən keçirə bilərəm”, - deyə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş