Aleksey İsayev “Qarabağ”a transfer olunub

İdman

05.01.2024 - 00:29

Millinin futbolçusu Ağdam klubuna keçib

“Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib. AYNA xəbər verir ki, bu barədə klubdan bildirilib.

Qeyd olunub ki, komanda “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib.

Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

Yeni transfer 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.

Müəllif: Ayna.az