“Trabzonspor” “Fənərbaxça”ya məğlub olub

İdman

26.10.2020 - 04:21

Həkimlər Klinikalar SEO Xidməti

Lider “Alanyaspor” isə “Fatih Karagümrük”lə oyundan 3 xal qazanıb

 

Türkiyə Super Liqasında VI turun növbəti oyunu keçirilib. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, bu gün daha 3 oyun keçirilib.

 

Autsayderlər zonasında qərarlaşan “Yeni Malatyaspor”la “Gənclərbirliyi”nin görüşündə ev sahibləri əzmkar qələbə qazanıblar.

 

Lider “Alanyaspor” mövsümün digər sürpriz komandası “Fatih Karagümrük”ü sınağa çəkib. Hər hissədə bir qol vuran alanyalılar meydanı 3 xalla tərk ediblər.

 

Məğlubiyyətsiz irəliləyən “Fənərbaxça” uğursuz mövsüm keçirən “Trabzonspor”u qəbul edib. Görüşdə hesabı “bordo mavililər” açsa da, İstanbul təmsilçisi ikinci hissədə vurduğu qollarla rəqibi əliboş yola salıb.

 

Tura oktyabrın 26-da keçiriləcək “Dənizlispor” – “Beşiktaş” (21:00) və “Sivasspor” – “Rizəspor” (21:00) matçları ilə yekun vurulacaq.

 

Türkiyə Super Liqası:

 

VI tur

 

25 oktyabr

 

“Yeni Malatyaspor” – “Gənclərbirliyi” – 2:1

Kaya, 24, Kanatsızkuş, 53 – Yıldırım, 10

“Alanyaspor” – “Fatih Karagümrük” – 2:0

Davidson, 8, Babakar, 81

“Fənərbaxça” – “Trabzonspor” – 3:1

Asan, 51 (avtoqol), Valensiya, 55, Sisse, 72 – Afobe, 23

Müəllif: Ayna.az