“Barselona”nın əsas müdafiəçisi zədələndi

İdman

10.05.2020 - 20:09

Həkimlər Klinikalar SEO Xidməti

26 yaşlı müdafiəçinin bərpa müddəti məlum deyil

 

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Samuel Umtiti zədələnib. AYNA xarici KİV-ə istinadən bildirir ki, o, bugünkü məşq zamanı sağ ayağından zədə alıb.

 

Hələlik 26 yaşlı müdafiəçinin bərpa müddəti məlum deyil.

 

Qeyd edək ki, S.Umtiti cari mövsümdə cəmi 11 matçda forma geyinib.

Müəllif: Ayna.az