Aleksandr Vulin: “Avropa Rusiya ilə münaqişəyə yaxınlaşır”

Dünya

13.08.2024 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

“İndi Avropa Rusiya ilə heç nədən qaynaqlanan münaqişəyə girir”

“Hazırda Avropa nəzərəçarpacaq dərəcədə Rusiya ilə münaqişəyə yaxınlaşır”. AYNA xəbər verir ki, bu sözləri Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin Bunu “RİA Novosti”yə müsahibəsində deyib.

“İndi Avropa Rusiya ilə heç nədən qaynaqlanan münaqişəyə girir”, - Baş nazirin müavini deyib.

O əlavə edib ki, Rusiya “heç bir halda Avropanı təhdid etmir”.

Vulin həmçinin bildirib ki, serb qeyri-kommersiya təşkilatlarına Ukraynaya silah göndərilməsi mövzusunu təbliğ etmək tapşırılıb.

Onun fikrincə, bu kampaniya Rusiya-Serbiya münasibətlərini pisləşdirməyə yönəlib və Moskvanı “Rusiyaya sonsuz hörmət edən” tərəfdaşdan məhrum etmək məqsədi daşıyır.

Vulin bir müddət əvvəl Qərbin Serbiya Prezidenti Aleksandr Vuçiçə həbsxanada ölən Yuqoslaviyanın devrilmiş Prezidenti Slobodan Miloseviçin taleyini hazırladığını bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş