Akar: “Ermənistan təxribat törətməkdən əl çəkməlidir”

Dünya

25.10.2022 - 23:52

Həkimlər Klinikalar SEO Xidməti

Nazir Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını bildirib

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq “bir millət, iki dövlət” anlayışı ilə ən yüksək səviyyədə davam edir.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı bildirib.

 

“Ermənistanın təxribatlarından əl çəkməsi, diqqəti sülh danışıqlarına və Azərbaycanla barışıq çərçivəsində əməkdaşlığa yönəltməsi, sülh əlini tutması zəruridir. Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bir yumruq olacaq”, - deyə nazir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş