Akademik Musiqili Teatr 110-cu mövsümü açıq elan edib - <font color=red> FOTOLAR</font>

Mədəniyyət

21.09.2019 - 19:07

Dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu teatr mövsümünü açıq elan etdi

 

Açılış Üzeyir Hacıbəylinin  "O olmasın, bu olsun” musiqili komediyası ilə baş tutdu. AYNA xəbər verir ki, 1998-ci ilin dekabr ayından  indiyə qədər  teatrın repertuarıanda mümayiş olunan tamaşanın quruluşçu rejissoru isə  Cənnət Səlimova idi. 

 

Tamaşada hadisələr XX əsrin əvvələrində, qadın hüquqlarının pozulduğu, onların tacirlər, ağalar, bəylər tərəfindən istismar olunduqları dövrü əhatə edir.  Əsərin qəhrəmanı Məşədi İbad da belə ixtiyar sahiblərinin tipik nümayəndələrindəndir. Onun azyaşlı Gülnazla evlənməyə can atması, cavan, ağıllı, yeni fikirli Sərvərlə rəqabət aparması müəllifin gülüş hədəfinə çevrilmişdir. 

 

Əslində Məşədi İbadı bu addımı atmağa təhrik edən, təkcə var-dövlətinin olması deyil, həm də bütün sərvətini itirib müflis olan Rüstəm bəyin tamahkarlığıdır.  O, gənc qızını qoca kişiyə ona görə ərə verir ki, ondan daha çox pul mənimsəyə bilsin. 

Fəridə Aslanova Rüstəmova adlı şəxsin şəkli.

Tamaşa ərzində həm Məşədi İbadın, həm də onu əhatə edən, əslində fırldaqçı olan "ziyalı" təbəqənin iç də üzü ustalıqla açılır. 

 

Tamaşada Xalq artisti, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, "Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad),  Əməkdar artistlər – Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Elçin İmanov, Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, kiçik yaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimzadə, Əlirza Məmmədzadə və başqaları rol almışdılar.

Fəridə Aslanova Rüstəmova adlı şəxsin şəkli.

Tamaşanın bir maraqlı tərəfi də ondan ibarət oldu ki, İran İslam Respublikasının sevilən gülüş ustası, Təbriz Teatrın bədii rəhbəri Babək Nəhreyn teatrın xüsusi dəvəti ilə hambal obrazını canladırırdı. 

 

Tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Zakir və Yelena Ağayevlər, xormeysterlər Əməkdar artist Vaqif Məstanov, konsertmeyster Fidan Bayayeva, rejissor assitentləri isə Elməddin Dadaşov və Sevinc Məmmədova idi. 

Fəridə Aslanova Rüstəmova adlı şəxsin şəkli.

Müəllif: Mərahim Nəsib