“Vətəndaş A”nın çəkilişləri yekunlaşıb

Mədəniyyət

12.01.2024 - 13:51

Serial Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında çəkilib

Dram janrında ekranlaşdırılan “Vətəndaş A” serialının çəkilişləri yekunlaşıb. AYNA xəbər verir ki, ekran əsərinin aktyor heyətində Günəş Mehdizadə, Qurban İsmayılov, Şamil Süleymanlı, Şövqi Hüseynov, Nəsibə Eldarova, Xalidə Əliməmmədova, Rauf Şahsuvarov, Oktay Mehdiyev, Niyaz Qasımov, Əlibəy Məmmədli, Eltəkin Xan, Nigar Mürsəlova, Elsevər Rəhimov və Zəhra Əlisoy yer alıb.

Film vətəndaş kimliyini, bu kimliyin bir cəmiyyətin timsalında təşəkkül prosesini, təhsilin vətəndaş kimliyinin formalaşmasındakı həlledici əhəmiyyətini bir daha tamaşaçıya çatdıracaq.

Sözügedən serial Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında çəkilib.

Müəllif: Ayna.az