Aİ Rusiyanın aktivlərini Ukraynaya yeganə yardım mənbəyi hesab edir

Dünya

14.10.2025 - 14:37

Döyüşlər davam edərsə, Kiyevə təxminən 200 milyard dollar lazımdır

Avropa İttifaqı (Aİ) getdikcə daha çox əmindir ki, Ukraynanı maliyyələşdirməyin yeganə yolu Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməkdir, çünki digər mənbələr azalır. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatlarına görə, Rusiya aktivləri "əsas" maliyyə mənbəyidir, çünki döyüşlər davam edərsə, Kiyevə təxminən 200 milyard dollar lazımdır.

Oktyabrın 14-də Rusiyanın Belçikadakı səfiri Denis Qonçar TASS-a müsahibəsində bəyan edib ki, Rusiyanın suveren aktivlərinin ələ keçirilməsinə hər hansı cəhd “oğurluq, mövcud beynəlxalq hüquqa zidd olan qanunsuz hərəkət” kimi qəbul ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş