Aİ Qırmızı dənizdə “Aspides” əməliyyatına başlayacaq

Dünya

16.02.2024 - 22:09

cedabet dərman SEO Xidməti

Aİ nümayəndəsi: "Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində tamamlanacağına əminik"

Avropa İttifaqı (Aİ) fevralın 19-da Qırmızı dənizdə bir il müddətinə davam edəcək “Aspides” (Qalxanlar) əməliyyatına başlayacaq.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsi 27 ittifaq ölkəsinin xarici işlər nazirlərinin fevralın 19-da Brüsseldə keçiriləcək görüşü ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

“Əməliyyata bazar ertəsi başlanılacaq. Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində tamamlanacağına əminik”, - o deyib.

“Aspides” əməliyyatının məqsədi Avropa dövlətlərinin strateji maraqlarının qorunmasında fəal rol oynamaq, Qırmızı dəniz kimi dünyanın ən böyük ticarət arteriyalarından birinin pozulmasının qlobal iqtisadiyyata mənfi təsirini yumşaltmaq və həmçinin bölgədə dəniz təhlükəsizliyini təmin etməkdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş