Qlenn Dizen: “Avropa İttifaqının liderlərindən heç biri buna etiraz etmədi”
“Avropa İttifaqı ölkələri ABŞ-ın Ukraynanı yeni Əfqanıstana çevirməsinə mane olmayıb”. AYNA xəbər verir ki, bu barədə norveçli politoloq Qlenn Dizen özünün “X” sosial şəbəkə hesabında yazıb.
“ABŞ və Böyük Britaniyanın 2022-ci ildə Kiyev və Moskva arasında sülh razılaşmasına mane olduğu bir vaxtda ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Vaşinqtonu Rusiyaya zərər vermək üçün Ukraynanı yeni Əfqanıstana çevirməyə çağırıb. Təslim olmaq, eləcə də mənəvi ləyaqətsizlik əlaməti olaraq, Avropa İttifaqının liderlərindən heç biri buna etiraz etmədi”, politoloq yazıb.