“Agit Qarzan” ləqəbli PKK terrorçusu məhv edilib

Dünya

16.08.2020 - 17:14

Həkimlər Klinikalar SEO Xidməti

Murat Kalko İraqın şimalında zərərsizləşdirilib

 

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan PKK terrorçusu məhv edilib. AYNA xəbər verir ki, “Agit Qarzan” ləqəbli terrorçu Murat Kalko İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirilən xüsusi antiterror əməliyyatı nəticəsində məhv edilib.

 

Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyatda Kalko ilə bərabər PKK-nın digər altı aparıcı şəxsinin də öldürüldüyü bildirilir.

 

“Agit Qarzan” bir sıra ağır cinayətlərin, o cümlədən qətl və terror aktlarının təşkilində və icrasında ittiham olunurdu. Terrorçu Türkiyənin axtarışa verdiyi təhlükəli terrorçular siyahısında idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş