Ağcabədidəki partlayışla bağlı cinayət işi başlanıb

Xəbərlər

31.01.2025 - 16:10

Həkimlər Klinikalar SEO Xidməti

Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir:

  1. Quliyev Şamiq Əfqan oğlu (1959);
  2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
  3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
  4. Məmmədli Murad Vidadi oğlu (2018);
  5. Quliyev Natiq Namiq oğlu (2018),

İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

  1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
  2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş