Ağ Ev Rusiyaya tətbiq edilə biləcək sanksiyaları açıqlayıb

Dünya

25.01.2022 - 22:17

Həkimlər Klinikalar SEO Xidməti

Sanksiyalar mərhələli deyil, hamısı eyni anda tətbiq olunacaq

Ağ Ev Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyaların miqyası barədə məlumat verib.

AYNA APA-ya istinadən xəbər verir ki, Ağ Ev rəsmisi həmin sanksiyaların 2014-cü ildə Krım böhranı zamanı tətbiq olunan sanksiyalardan qat-qat ağır olacağını əlavə edib.

Sanksiyalar Rusiyanın bir sıra sahələrdə ixrac nəzarəti ilə (müdafiə, kosmos, süni intellekt, kvant kompüterləri) üzləşəcəyini, ABŞ-la idxal-ixrac əməliyyatlarının məhdudlaşdırılacağını, əlavə maliyyə sanksiyaları ilə üzləşəcəyini əlavə edib.

Ağ Ev rəsmisi sanksiyaların mərhələli deyil, hamısının eyni anda tətbiq olunacağını və Rusiya iqtisadiyyatını çox ağır vəziyyətə salacağını xatırladıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş