Ağ Ev: Rusiya gəmilərinin Havana limanına səfərində təhlükə yoxdur

Dünya

07.06.2024 - 12:41

Həkimlər Klinikalar SEO Xidməti

Con Kirbi: “Bu təlimlər nəticəsində milli təhlükəsizliyə ciddi təhlükə gözləmirik”

ABŞ Rusiya Hərbi Dəniz Qüvvələrinin bir qrup gəmisinin Havana limanına səfəri ilə bağlı vəziyyəti izləyir. AYNA-nın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalının efirində bildirib.

“Biz bunu yaxından izləyirik. Amma bu təlimlər nəticəsində milli təhlükəsizliyə ciddi təhlükə gözləmirik”, - Kirbi qeyd edib.

Bundan əvvəl Kuba Xarici İşlər Nazirliyi Rusiya Hərbi Dəniz Qüvvələrinin bir qrup gəmisinin iyunun 12-də Havana limanına rəsmi səfərə gələcəyini bildirmişdi. Nazirlik qeyd edib ki, söhbət “Admiral Qorşkov” freqatı, “Kazan” atom sualtı qayığı, “Akademik Paşin” tankeri və “Nikolay Çiker” xilasedici yedək gəmisindən gedir. Məlumatda “gəmilərin heç birinin nüvə silahı daşımadığı” və buna görə də onların qalmasının “region üçün təhlükə olmadığı” vurğulanıb.

“Reuters” Rusiya gəmilərinin dəniz təlimləri keçirmək üçün Karib hövzəsinə gələcəyini bildirib. Qeyd olunub ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Venesuela və Kuba limanlarına daxil ola bilər. Media iddia edirdi ki, bununla Rusiya ABŞ-a “hələ də dünya gücü” olduğunu nümayiş etdirmək istəyir və təlimlər Ukraynaya verilən dəstəyə cavab olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş