Co Bayden açıq şəkildə bildirib ki, Amerika tərəfi Ukrayna ərazisinə qoşun yeritməyəcək
Ağ Ev ABŞ-ın Ukraynaya qoşun göndərməyəcəyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Adrienne Vatsonun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden açıq şəkildə bildirib ki, Amerika tərəfi Ukrayna ərazisinə qoşun yeritməyəcək.
Bundan əvvəl Litva Prezidentinin müşaviri Kestutis Budrisin Fransa lideri Emmanuel Makronun Ukraynadakı Qərb qoşunları ilə bağlı bəyanatını şərh edərkən bildirmişdi ki, Vilnüs ora hərbi personal göndərməyi düşünür.
Xatırladaq ki, bir gün əvvəl Fransa Prezidenti Emmanuel Makron 20-yə yaxın Qərb ölkəsinin liderləri ilə görüş keçirib. Orada son həftələrdə Ukraynada münaqişənin gərginləşməsi müzakirə olunub. Digər məsələlərlə yanaşı, Fransa rəhbəri Avropa ölkələrindən Ukraynaya qoşun yeridilməsinin mümkünlüyü məsələsini qaldırıb.