AÇ-nin final mərhələsinin püşkü atılıb

Dünya

11.12.2020 - 04:38

Final mərhələsinin oyunları 2021-ci il martın 24-də start götürəcək

 

21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

 

AYNA xəbər verir ki, həlledici raundda 16 komanda 4 qrupda mübarizə aparacaq.

 

Seçmə mərhələdə Azərbaycan yığmasının rəqibləri olmuş Fransa C, İsveçrə isə D qrupuna düşüb.

 

A qrupu: Macarıstan, Almaniya, Rumıniya, Niderland

 

B qrupu: Sloveniya, İspaniya, Çexiya, İtaliya

 

C qrupu: Rusiya, İslandiya, Fransa, Danimarka

 

D qrupu: Portuqaliya, Xorvatiya, İngiltərə, İsveçrə

 

Qeyd edək ki, Macarıstan və Sloveniyanın birlikdə ev sahibliyi edəcəyi final mərhələsinin oyunları 2021-ci il martın 24-də start götürəcək. Həmin ayın 31-də qrup matçlarına yekun vurulacaq. Qruplarında ilk 2 pilləni tutan komandalar pley-offa vəsiqə qazanacaqlar. Bu mərhələnin qarşılaşmaları 31 may – 6 iyunda baş tutacaq. A və C qrupunun oyunları Macarıstanda, B və D qrupunun matçları isə Sloveniyada olacaq.

Müəllif: Ayna.az