Abşeron rayonunda yük avtomobili yanıb

Hadisə

24.08.2021 - 11:18

Avtomobilinin kabinə və mühərrik hissəsi yanıb

 

Abşeron rayonunda "MAZ" markalı yük avtomobili yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, avtomobilinin kabinə və mühərrik hissəsi yanıb.

 

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az