ABŞ Venesuelaya uçuşlara qoyduğu qadağanı ləğv edib

Dünya

30.01.2026 - 13:08

“Venesuela ilə hava nəqliyyatının dayandırılması artıq ictimai maraqlar naminə zəruri deyil”

ABŞ Nəqliyyat Nazirliyi 2019-cu ildə tətbiq etdiyi Amerika aviaşirkətlərinin Venesuelaya uçuşlarına qoyduğu qadağanı ləğv edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ABŞ nəqliyyat katibi Şon Daffi öz sərəncamında vurğulayıb ki, “Venesuela ilə hava nəqliyyatının dayandırılması artıq ictimai maraqlar naminə zəruri deyil”.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp  ABŞ-ın Venesuela üzərindəki hava məkanını kommersiya aviasiyası üçün açacağını bildirmişdi. O bu barədə Bolivar Respublikasının Prezidentinin əvəzedicisi Delsi Rodrigesə məlumat verdiyini qeyd etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş