ABŞ və Yaponiya Qarşılıqlı Müdafiə Müqaviləsini yeniləməyi planlaşdırır

Dünya

25.03.2024 - 17:46

cedabet Klinikalar SEO Xidməti

müttəfiqlər Çindən artan təhlükəyə cavab vermək üçün təhlükəsizlik əlaqələrini gücləndirmək istəyirlər

ABŞ və Yaponiya Çindən artan təhlükə səbəbindən 1960-cı ildə imzalanmış Qarşılıqlı Müdafiə Müqaviləsi üçün son 60 ildə ən böyük yeniləməni hazırlayır. AYNA xəbər verir ki, bu barədə bazar günü “Financial Times” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

“ABŞ Prezidenti Co Bayden və Yaponiyanın Baş naziri Fumio Kişida aprelin 10-da Ağ Evdə görüşəcəklər. Onlar həmin görüşdə Yaponiyadakı ABŞ hərbi komandanlığının yenidən qurulması planlarını açıqlamağı planlaşdırırlar”, - məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, müttəfiqlər Çindən artan təhlükəyə cavab vermək üçün təhlükəsizlik əlaqələrini gücləndirmək istəyirlər.

Məqalədə deyilir: "Bu, onların hərbçilərindən xüsusilə Tayvandakı münaqişə kimi böhranda əməkdaşlıq etmələrini və daha səmərəli plan qurmalarını tələb edəcək".

Yaponiya Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargahının keçmiş rəisi Reiçi Oriki nəşrə izah edib ki, Yaponiyaya daha yüksək rütbəli amerikalı zabit təyin edilməsinə ehtiyac var, çünki regional müdafiədə əsas rolu məhz ABŞ öz üzərinə götürür.

“Financial Times”ın məlumatına görə, Yaponiyada yerləşən ABŞ hərbi qüvvələrinin formalaşdırılması modernləşdirilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş