ABŞ və Polşa hakimiyyəti arasında Ukrayna müzakirəsi

Dünya

11.04.2023 - 11:30

cedabet dərman SEO Xidməti

ABŞ-ın vitse-prezidenti Polşanın Baş naziri ilə görüşəcək

Polşanın Baş naziri Mateuş Moravetski ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşmək üçün Vaşinqtona gedir. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, ABŞ və Polşa rəsmiləri Ukrayna münaqişəsini müzakirə etməyə hazırlaşırlar.

Qeyd edilib ki, bu, Ağ Evin məxfi kəşfiyyat sənədlərinin sızmasından sonra Ukraynaya yardım üçün beynəlxalq koalisiyanı gücləndirməyə çalışdığı vaxta təsadüf edir.

Bundan əlavə, siyasətçilər təhlükəsizlik və enerji məsələlərinə, o cümlədən Polşanın mülki nüvə proqramına toxunacaqlar. Keçən il Varşavanın üç nüvə reaktorunun tikintisi üçün Amerikanın “Westinghouse Electric Company LLC” şirkətini seçdiyi bildirilir.

Bundan əvvəl bildirilmişdi ki, Polşa tərəfi NATO-nun nüvə silahından çəkindirmə planlarında fəal iştirak etməyə hazırdır. Xüsusilə, Polşa Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək qərarı fonunda koalisiya çərçivəsində iştirakını və əməkdaşlığını genişləndirməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş