ABŞ və İran nüvə sazişinin bir neçə bəndi üzrə razılığa gəliblər

Dünya

18.02.2026 - 09:47

Abbas Əraqçi: “Razılaşdırılmış müddəalar hazırlanan sənədin mətninə daxil ediləcək”

Cenevrədə dolayı danışıqlardan sonra İran və ABŞ İslam Respublikasının nüvə proqramı üzrə gələcək sazişin bir neçə əsas bəndi üzrə razılığa gəliblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

Nazir əlavə edib ki, “razılaşdırılmış müddəalar hazırlanan sənədin mətninə daxil ediləcək”.

"Bu, tez bir zamanda razılığa gələ biləcəyimiz anlamına gəlmir, amma ən azından proses başlayıb. Ona görə də ümid edirik ki, bu, mümkün qədər tez həyata keçiriləcək və bu işə hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq. Mətnin hazırlanmasına gəldikdə isə, iş daha mürəkkəb və ətraflı olur", - Əraqçi jurnalistlərə bildirib.

Tərəflər saziş mətni üzərində işləməyə davam etmək barədə razılığa gəliblər və daha sonra danışıqların növbəti mərhələsi üçün tarix təyin ediblər. Əraqçi əlavə edib ki, İran və ABŞ nümayəndə heyətlərinin əvvəlki görüşdən bəri əhəmiyyətli irəliləyiş əldə edilib: “Bu danışıqlar mərhələsində əvvəlki ilə müqayisədə kifayət qədər ciddi müzakirələr apardıq və daha konstruktiv atmosfer hökm sürdü".

Nazir qeyd edib ki, indi İran və ABŞ vəziyyəti həll etmək üçün "nə edilməli olduğunu daha aydın başa düşürlər". O əlavə edib ki, "hər iki tərəfin barışdırılmalı olan mövqeləri var, amma ən azı indi irəliləmək üçün bir sıra rəhbər prinsiplər mövcuddur".

Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi 17 fevralda Oman Xarici İşlər Nazirliyinin təşəbbüsü Cenevrədə ilə baş tutub. İlk görüş 6 fevralda Omanda keçirilib. ABŞ nümayəndə heyətinə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner rəhbərlik edib. İran nümayəndə heyətinə isə Abbas Əraqçi rəhbərlik edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş