ABŞ və Çin tezliklə yüksək səviyyəli hərbi təmasa keçəcək

Dünya

30.08.2024 - 11:44

Həkimlər Klinikalar SEO Xidməti

Hər iki ölkədən “Asiya əməliyyat teatrının komandirləri”nin iştirak edəcəyi telefon danışıqları olacaq

ABŞ və Çin Hind-Sakit okean regionunda gərginliyi azaltmaq üçün tezliklə yüksək səviyyəli hərbi təmaslar həyata keçirəcək. AYNA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Fox News” telekanalı məlumat yayıb.

Söhbət hər iki ölkədən “Asiya əməliyyat teatrının komandirləri”nin iştirak edəcəyi telefon danışıqlarından gedir.

Son zamanlar Cənubi Çin dənizində insidentlərin tez-tez baş verməsi gərginliyin artmasına səbəb olub. Çin sahil mühafizə gəmiləri Filippin gəmilərini yerindən çıxarmağa çalışıb və toqquşma halları qeydə alınıb.

Avqustun 28-də Filippin Cənubi Çin dənizindəki insidentlər fonunda ABŞ-Filippin Qarşılıqlı Müdafiə Müqaviləsinin əhatə dairəsini genişləndirməyi təklif edib.

Çin uzun müddətdir ki, şelfdə nəhəng karbohidrogen ehtiyatlarının aşkar olunduğu Cənubi Çin dənizindəki ayrı-ayrı adaların ərazi mülkiyyəti ilə bağlı bəzi ölkələrlə mübahisələr aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş