ABŞ Ukraynaya növbəti dəfə yardım ayırır

Dünya

01.10.2022 - 07:28

Gələn həftə yeni təhlükəsizlik yardım paketi açıqlayanacaq

ABŞ Ukraynaya növbəti hərbi yardım paketi ayırır. AYNA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan brifinqdə deyib.

 

 

 

O bildirib ki, ABŞ gələn həftə Ukraynaya yeni təhlükəsizlik yardım paketini açıqlayacaq.

Sallivan vurğulayıb ki, ABŞ heç vaxt Ukrayna torpaqlarında Rusiya tərəfindən keçirilən "saxta referendumları" və qeyri-qanuni ilhaqı tanımayacaq.

Sallivan vurğulayıb ki, ABŞ ehtiyac olduğu müddətdə Ukraynaya dəstək verməyə davam edəcək.

Müəllif: Ayna.az