ABŞ Ukraynaya 50 milyard dollar ayıracaq

Dünya

05.06.2024 - 12:41

Həkimlər Klinikalar SEO Xidməti

Bu borc Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək

ABŞ Ukraynaya 50 milyard dollar kredit verməyə hazırdır. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını uzadacağı təqdirdə bu borc Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək.

Avropa İttifaqının maliyyə nazirlərinin bu gün keçiriləcək onlayn iclasında müzakirə üçün hazırlanan sənəddə qeyd edilir ki, sanksiyalar qeyri-müəyyən müddətə uzadılmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş