ABŞ Ukraynaya 400 milyon dollar yardım edib

Dünya

30.03.2023 - 21:35

Ukraynaya yardımların edilməsi davam etdirilir

ABŞ enerji sisteminin bərpası üçün Ukraynaya 400 milyon dollar ayırıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yaydığı məlumatda deyilir.

“ABŞ hökuməti USAID vasitəsilə Ukraynaya qış dövrü üçün, O cümlədən energetika sisteminin təmiri üçün avadanlıqlar, elektrik generatorları, istilik stansiyalarının dəstəyi və humanitar yardım üçün 400 milyon dollarlıq yardım ayırıb”, - Agentliyin yaydığı mətndə bildirilib.

Müəllif: Ayna.az