Rusiyanın NATO-nun hava məkanını pozması pislənilib
ABŞ Senatında Rusiyanın NATO-nun hava məkanını pozmasını pisləyən qətnamə təqdim edilib. AYNA.AZ xəbər verir ki, qətnamənin mətni Konqresin saytında dərc olunub.
Qətnamədə deyilir: “Senat Rusiyanın NATO üzv ölkələrinin ərazisinə və hava məkanına müdaxiləsini pisləyir və NATO-nun 5-ci maddəsində nəzərdə tutulmuş kollektiv özünümüdafiə öhdəliyini bir daha təsdiqləyir”.
Qətnamə Demokratlar Partiyasından olan senator Riçard Durbin tərəfindən hazırlanıb və hər iki partiyadan doqquz digər senator tərəfindən dəstəklənib.