ABŞ Senatı Türkiyəyə F-16-ların satışını qadağan edən qətnaməni rədd edib

Dünya

01.03.2024 - 12:15

cedabet dərman SEO Xidməti

Senator Rand Paulun qətnaməsi qəbul olunmayıb

ABŞ Senatı Türkiyəyə F-16 qırıcılarının satışının qarşısını almaq cəhdinin qarşısını alıb. AYNA xarici mediaya istinadən bildirir ki, senator Rand Paul ABŞ administrasiyasının Türkiyəyə yeni F-16 təyyarələri verməsini qadağan edən qətnamə layihəsi təqdim edərək razılaşmanın qarşısını almağa çalışıb. Lakin senatorlar təşəbbüsü rədd etmək qərarına gəliblər.

Bundan əvvəl ABŞ İsveçin NATO-ya daxil olmasını təsdiqlədikdən sonra Türkiyəyə 23 milyard dollar dəyərində hərbi texnika satmaq barədə qərar verib.

Fevral ayında ABŞ Konqresi Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı müqaviləni rəsmən təsdiqləyib.

Qeyd edək ki, yanvarın 26-da Türkiyə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ehtimal ki, ölkəyə hərbi texnika tədarükünü nəzərdə tutaraq, ABŞ-dan cavab gözlədiyini söyləmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş