“Biz ortaq məqsədlər və çağırışlar üzərində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik”
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
AYNA xəbər verir ki, diplomatın sözlərinə görə, ABŞ Azərbaycanla əlaqələrə böyük dəyər verir: “Biz ortaq məqsədlər və çağırışlar üzərində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik. Ötən həftə baş verən üyrəkdağlayıcı təyyarə qəzasında həyatını itirənlərin dərin hüznünü sizinlə paylaşırıq. Düşüncələrim həlak olanların ailələrinin və yaralıların yanındadır ”.