ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Dünya

18.11.2022 - 21:32

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar genişləndirilib

ABŞ Maliyyə Nazirliyi Rusiyanın nəzarətində altında olan Qvatemaladakı mədən şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

AYNA xəbər verir ki, bu barədə nazirliyin müvafiq bəyanatında deyilir.

“Maqnitski aktı” əsasında Amerikanın qara siyahısına rusiyalı Dmitri Kudryakov və Belarus vətəndaşı İrina Litvinyukun adı daxil edilib, onlar Qvatemalada dağ-mədən sektorunun istismarında ittiham edilirlər.

Bundan əlavə, Qvatemaladakı "Compania Guatemalteca de Niquel", "Compania Procesadora de Niquel" və "Mayaniquel" şirkətlərinə də sanksiyalar tətbiq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş