“Hərbi bazalara girişin genişləndirilməsi üçün Dövlət Departamenti vasitəsilə Danimarka ilə işləyirik”
Hazırda ABŞ Qrenlandiyadakı hərbi bazalara girişin genişləndirilməsi üçün Danimarka ilə danışıqlar aparır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Şimal Komandanlığının rəhbəri, general Qreqori Qilot deyib.
"Biz 1951-ci il müqaviləsi çərçivəsində mövcud səlahiyyətlərimizin bir hissəsini genişləndirmək və Qrenlandiyadakı müxtəlif hərbi bazalara girişin genişləndirilməsi üçün Dövlət Departamenti vasitəsilə Danimarka ilə işləyirik. Çünki Qrenlandiyanın təhdidi və strateji əhəmiyyəti artır. Lakin bu sahədə Şimal Komandanlığında etdiyimiz hər şey Qrenlandiyadan və Danimarkadan keçir", - deyə Qilot Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində çıxış edərkən vurğulayıb.