“Bu, Qırğızıstan hökumətinin demokratik idarəçiliyə və vətəndaş cəmiyyətinə xələl gətirən bir sıra hərəkətlərinin sonuncusudur”
ABŞ Dövlət Departamenti Qırğızıstanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə nəzarət haqqında qanunun qəbul edilməsindən narahatlığını bildirib. AYNA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Bişkekdəki ABŞ səfirliyinin saytında dərc olunmuş bəyanatında deyilir.
“Bu, Qırğızıstan hökumətinin demokratik idarəçiliyə və vətəndaş cəmiyyətinə xələl gətirən bir sıra hərəkətlərinin sonuncusudur”, - departament sözçüsü bildirib.
O bütün ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması üçün hökumət və cəmiyyətin bir araya gəlməsində QHT-lərin mühüm rol oynadıqlarını və bu qanunun onların üzərinə hədsiz yük qoyacağını, onlara həyati yardım göstərən təşkilatların fəaliyyətini məhdudlaşdıracağını vurğulayıb.