ABŞ Prezidenti: “İrandan düzgün cavab gözləyirik”

Dünya

21.05.2026 - 17:21

“Bu cavablar  100 faiz yaxşı cavablar olmalıdır”

ABŞ Prezidenti Donald Tramp İranın potensial razılaşma ilə bağlı “tam doğru” cavabını gözləyir. Əks halda Vaşinqtonun gələcək hərəkətlərə hazır olacağını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp jurnalistlərə bildirib.

“Tam düzgün cavablar almalıyıq. Bu cavablar  100 faiz yaxşı cavablar olmalıdır”, - bildirib.

Amerika liderinin sözlərinə görə, vəziyyət müsbət inkişaf edərsə, vaxt və həyat itkisinin qarşısını almaq olar. O, həmçinin qeyd edib ki, İranla danışıqlar prosesi “sərhəd” mərhələsindədir.

Tramp əlavə edib ki, ABŞ Tehranın cavabını daha bir neçə gün gözləməyə hazırdır, lakin irəliləyiş olmasa, hadisələr sürətlə inkişaf edə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş