ABŞ Nigeriyaya hərbçilər göndərib

Dünya

04.02.2026 - 11:58

ABŞ qoşunlarının bir qrupu terrorizmlə mübarizə aparmaq üçün Nigeriyaya göndərilib

Bir qrup ABŞ hərbçisi Nigeriyaya göndərilib. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, bu barədə ABŞ Afrika Komandanlığının (AFRICOM) rəhbəri, general Daqvin Anderson deyib.

Yüksək vəzifəli hərbi rəsminin sözlərinə görə, ABŞ və Nigeriya Qərbi Afrikada terror təhlükəsinə qarşı mübarizəni gücləndirmək və bu sahədə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldikdən sonra kiçik bir ABŞ hərbi kontingentinin yerləşdirilməsi mümkün olub.

Anderson qeyd edib ki, Nigeriyaya gələn qoşunlar terrorizmlə mübarizə aparmaq üçün bir sıra unikal imkanlara malikdir.

Nigeriyanın müdafiə naziri Kristofer Musa ölkədə ABŞ qoşunlarının olduğunu təsdiqləyib, lakin əlavə məlumat verməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş