ABŞ müsadirə etdiyi tankerlərdən birini Venesuelaya qaytarıb

Xəbərlər

29.01.2026 - 13:38

Tankerin niyə geri qaytarıldığı açıqlanmayıb

ABŞ ələ keçirilən yeddi tankerdən biri olan “M/T Sophia”nı Venesuelaya qaytarıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, "ABŞ rəsmiləri anonimlik şərti ilə Venesuela hakimiyyətinə təhvil verilən gəminin Panama bayrağı altında üzən “M/T Sophia” supertankeri olduğunu müəyyən ediblər.

Tankerin niyə geri qaytarıldığı açıqlanmayıb.

Adı çəkilməyən ABŞ rəsmilərindən biri geri qaytarılan gəmidə neft olub-olmadığı sualına cavab verə bilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş