ABŞ Konqresi Ukraynaya yardım paketini qəbul etmədən tətilə çıxıb

Dünya

21.12.2023 - 13:17

cedabet dərman SEO Xidməti

“Nümayəndələr Palatasının respublikaçıları maliyyə ayırmağa davam etməkdən çəkinirlər”

ABŞ Konqresi Ukraynaya hərbi yardım paketini qəbul etmədən Milad tətilinə çıxıb. AYNA xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qəzet qeyd edir ki, “Bir çox qeyri-mütənasib səslə çıxış edən Nümayəndələr Palatasının respublikaçıları maliyyə ayırmağa davam etməkdən çəkinirlər. Partiya bunun immiqrasiya siyasətində dəyişikliklərlə müşayiət olunmasını tələb edir”.

Materialın müəllifləri hər iki tərəf arasında danışıqların davam etdiyini və çox güman ki, tərəflərin konsensusa gələcəyini vurğulayıblar.

Bununla belə, Ağ Ev Vaşinqtonun yardım göstərməkdə gecikə biləcəyindən ehtiyat edir və bu, Ukrayna Silahlı Qüvvələrinin potensialına mənfi təsir göstərəcək.

Bir müddət əvvəl ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer demişdi ki, Ukraynaya yardımın əlaqələndirilməsi ilə bağlı problemlər Respublikaçılar Partiyasında “nəhəng siyasi qüvvə” olan “Donald Trampın ruhu” ilə bağlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş