ABŞ İsraillə bağlı İrandan xahiş edib

Dünya

11.04.2024 - 16:39

Ağ Evin müraciət etdiyi ölkələrin XİN strukturlarının rəhbərləri bu xahişi yerinə yetiriblər

ABŞ  Yaxın Şərq dövlətlərindən İsraillə gərginliyi azaltmaq çağırışını İrana çatdırmağı xahiş edib. AYNA xəbər verir ki, bu barədə “Reuters” etibarlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraqın xarici işlər nazirlərindən İsrailin Dəməşqdəki konsulluğuna hücumdan sonra İrana  təcili olaraq gərginliyi azaltmaq çağırışını çatdırmağı xahiş edib.

Mənbə qeyd edib ki, Ağ Evin müraciət etdiyi ölkələrin XİN strukturlarının rəhbərləri bu xahişi yerinə yetiriblər.

Müəllif: Ayna.az