“Biz əlavə məlumat toplamaq üçün regiondakı tərəfdaşlarla müzakirələr aparırıq”
ABŞ Dövlət Departamenti İranın Suriyadakı konsulluğuna hücumun arxasında İsrailin olduğunu təsdiqləməyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller brifinqdə deyib.
“Hadisədən bir-iki saat əvvəl nə baş verdiyini bilmirəm. Biz əlavə məlumat toplamaq üçün regiondakı tərəfdaşlarla müzakirələr aparırıq. Lakin hazırda nə hədəf, nə də məsul tərəf barədə təsdiqimiz yoxdur. ABŞ-a İsrail tərəfindən bu barədə xəbərdarlıq edilib: biz məlumat toplayırıq. Hazırda hadisə ilə bağlı heç bir şərhim yoxdur”, - deyə o bildirib.