ABŞ İraqdakı səfirliyinə hücumu pisləyib

Dünya

09.12.2023 - 08:21

İraqın Baş naziri hücumu terror aktı adlandıraraq qəbuledilməz olduğunu deyib

Birləşmiş Ştatlar İraqın paytaxtı Bağdaddakı səfirliyinin atəşə tutulmasını qətiyyətlə pisləyir, hadisənin araşdırılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edir.

AYNA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Cümə günü səhər tezdən Bağdadın mərkəzində yüksək mühafizə olunan "Yaşıl zona"ya raket hücumu olub, ərazidəki ABŞ səfirliyi hədəfə alınıb. Amerika diplomatik missiyasının məlumatına görə, hücum nəticəsində, xəsarət alan olmayıb.

İraqın Baş naziri Məhəmməd əl-Sudani hücumu terror aktı adlandıraraq, bunun motivindən asılı olmayaraq, qəbuledilməzliyini deyib və hücuma görə məsuliyyət daşıyanların tapılaraq məsuliyyətə cəlb olunmasını əmr edib.

Müəllif: Ayna.az