ABŞ təxminən 37 günlük döyüşdə 42,1 milyard dollardan çox xərcləyib
İrandakı hərbi əməliyyata ABŞ təxminən 37 günlük döyüşdə 42,1 milyard dollar xərcləyib. AYNA.AZ xəbər verir ki, bu barədə “İran War Cost Tracker” məlumat yayıb.
Portal qeyd edib ki, bu, 10 martda Pentaqonun Konqresə verdiyi brifinqdə bildirilib.
Brifinqdə vurğulanıb ki, Vaşinqton Yaxın Şərqdəki hərbi əməliyyatların ilk altı günündə 11,3 milyard dollar xərcləyib və münaqişənin hər sonrakı günündə əlavə 1 milyard dollar xərcləməyi planlaşdırır.