ABŞ-İran nüvə danışıqları ləğv edilib

Dünya

05.02.2026 - 08:49

Səbəb İranın əvvəllər əldə edilmiş razılaşmaları rədd etməsidir

Tehranın nüvə proqramı üzrə fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Amerikanın "Axios" xəbər portalının jurnalisti Barak Ravid iki yüksək vəzifəli ABŞ rəsmisinin məlumatlarına istinadən xəbər yayıb.

Bildirib ki, səbəb İranın əvvəllər əldə edilmiş razılaşmaları rədd etməsidir.

"Axios" nəşri həmçinin qeyd edir ki, ABŞ İranın əvvəlki dialoq formatına razılıq verməsi şərti ilə danışıqlar prosesinə qayıtmağa hazırdır.

Danışıqların ləğv edilməsi xəbəri neft bazarlarına nəzərəçarpacaq dərəcədə təsir göstərib. “Axios” məlumatından sonra Londonun ICE birjasında 2026-cı ilin aprel ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti sürətlənib. “Brent” markalı xam neftin qiyməti 3,42% artaraq barel üçün 69,63 dollara çatıb.

Bu arada, 2026-cı ilin mart ayı üçün WTI markalı xam neftin fyuçersləri 3,32% artaraq barel üçün 65,31 dollara satılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş