ABŞ İran neft tankerlərini ələ keçirmək istəyir

Dünya

11.02.2026 - 15:53

“İranla danışıqlar uğursuz olarsa, Amerika liderinin sərəncamında müxtəlif variantlar var”

ABŞ administrasiyası İran nefti daşıyan tankerləri ələ keçirməklə Tehrana təzyiqi artırmağı düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, Vaşinqton İslam Respublikasını nüvə proqramını məhdudlaşdıran bir razılaşma imzalamağa inandırmağa çalışır.

ABŞ hazırda neft qiymətlərinin artmasından qorxaraq və İran nefti ilə yüklənmiş gəmilərin ələ keçirilməsindən sonra Tehranın qətiyyətli cavab verəcəyinə inanaraq bu addımı atmaqda tərəddüd edir.

WSJ-nin ABŞ-ın belə bir addım atma ehtimalı ilə bağlı şərh vermək istəyinə cavab olaraq Ağ Evdən bildirilib ki, “İranla danışıqlar uğursuz olarsa, Amerika liderinin sərəncamında müxtəlif variantlar var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş