Ceyms Devid Vensi Baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Azərbaycana səfər edib. AYNA.AZ xəbər verir ki, Vensin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-ın vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vitse-prezidenti Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, ABŞ vitse-prezidenti ötən gün Ermənistana səfər edib, Baş nazir Nikol Paşinyanla görüşüb.