ABŞ-ın Ukraynaya xərclədiyi vəsaitin həcmi açıqlanıb

Dünya

29.03.2024 - 11:58

Ağ Ev Kiyevə yardım üçün 113 milyard dollar xərcləyib

ABŞ Ukraynaya yardım üçün 113 milyard dollar xərcləyib ki, onun 13 milyardı 2023-cü ilin sentyabrından bu yanadır. AYNA xəbər verir ki, bu barədə “Fox News” ABŞ Administrasiyasının İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın senator Ceyms Devid Vence məktubuna istinadən məlumat yayıb.

Konqres Ukrayna münaqişəsi üçün 111 milyard dollar əlavə maliyyə ayırıb.

Həmçinin əlavə 2,4 milyard dollar ayrılıb ki, bu da tam olaraq Ukraynaya yardım məqsədləri üçün nəzərdə tutulmayıb. Ona görə də İdarə həmin məbləği ümumi məbləğdən çıxarıb.

Departament rəhbərinin sözlərinə görə, yardım paketlərindən əlavə, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) də Kiyevə 145 milyon dollar və 189 milyon dollar ayırıb.

Qeyd olunub ki, Yanqın məktubu Ukraynaya yönəldilən vəsaitlər barədə məlumatın ilk dəfə açıqlanmasıdır. Eyni zamanda, telekanalın məlumatına görə, bu məbləğ Kiyevə verilən silah və sursatların dəyişdirilməsi xərclərinə görə daha yüksək ola bilər.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson apreldə Kiyevə on milyardlarla dollar yardımın ayrılmasını gecikdirməyəcəyinə söz verib.

Müəllif: Ayna.az