ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi yanvarda vəzifəsindən gedəcək

Dünya

20.11.2025 - 11:08

Kit Kelloq yaxın aylarda vəzifəsindən ayrılmaq niyyətindədir

Qərb mediasının məlumatına görə, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq yaxın aylarda vəzifəsindən ayrılmaq niyyətindədir.

AYNA.AZ-ın məlumatına görə, "The Telegraph" yazır: "81 yaşlı general-leytenant Kelloqun yanvar ayında ABŞ-ın xüsusi elçisi vəzifəsindən ayrılacağı və Kiyevin müharibəni əlverişli şərtlərlə bitirmək üçün diplomatik səylərinə sarsıdıcı zərbə vuracağı gözlənilir".

"The Washington Post" məlumatlı mənbələrə istinadən həmçinin bildirib ki, Kelloq yaxın aylarda Tramp administrasiyasından ayrılacaq.

Onunla birbaşa işləyən bir şəxsin sözlərinə görə, Kelloq özünü siyasi prosesdən kənarda hiss etdiyini bildirib.

Nəşr qeyd edib ki, Kelloqun getməsi ilə Kiyev Vaşinqtondakı əsas müttəfiqini itirəcək.

Kelloqun istefası xəbəri medianın ABŞ və Rusiyanın Ukraynadakı vəziyyəti həll etmək üçün yeni bir plan hazırladığını bildirməsindən bir neçə saat sonra yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş