Cefri Saks: “Vaşinqtonun siyasi və iqtisadi təsiri sarsıldı”
“ABŞ-ın qlobal hegemonluğu sona çatdı, Vaşinqtonun siyasi və iqtisadi təsiri sarsıldı”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Cefri Saks deyib.
“ABŞ-ın geniş siyasi və ya iqtisadi mənada hegemonluğu artıq başa çatıb. ABŞ hegemon güc deyil”, ekspert bildirib.
Saks bildirib ki, bu tendensiyalara baxmayaraq, dollar qlobal maliyyə sisteminin onurğa sütunu olaraq qalır: “Əgər siz ABŞ-dan kənarda iki ölkə arasında beynəlxalq ticarətlə məşğul olursunuzsa, onlar ilk növbədə dollardan istifadə edirlər. Amma yaxın gələcəkdə dolların rolu azalacaq”.